Topal Teymur

O, böyük sərkərdə, imperiya qurucusu kimi özünü çox tez təsdiqləyə və tanıda bilmişdi. Onun imperiyası şimalda Dərbənd keçidi, Volqa və İrtış çaylarından başlayaraq cənubda İran körfəzinədək, Şərqdə Qobi səhrasının hüdudları və Qanq çayı sahillərindən qərbdə Balkan yarımadasınadək geniş bir ərazini əhatə edirdi. "Əmir Teymur", «Teymurləng», «Sultan Teymur», «Topal Teymur» adı ilə tarixdə qalan sərkərdə haqqında indi də bilmədiklərimiz çox şeylər var.
Əmir Teymur Azərbaycana hücumu zamanı yorğunluğunu çıxarmaq üçün bir diyarda məskunlaşır. O öz vəzirindən soruşur ki, qarşıdakı dağın adını xəbər alır. Vəzir cavabında «Ağrıdağdır» deyir. Teymur qarşıdan axan çayın da adını soruşur və onun "Əyriçay" olduğunu öyrənir. Teymur bir müddət sonra — «bu kəndin adı nədir» deyə sual edir. Vəzir cavab verir ki, «Qibleyi-aləm, bu, Oğrukənddir».
Davamı →

Əmir Teymur

Bir gün Teymur Azərbaycana işğalçı hücum eləyir. Gəlib bir diyarda məskunlaşır. O öz vəzirindən soruşur ki, bu dağ hansı dağdır? Vəzir cavab verir ki, «Ağrıdağdır». Teymur bir də soruşur ki, «Bu çay hansı çaydır?» Vəzir isə cavabında «Əyriçaydır, şah sağ olsun» deyir. Teymur qarşısındakı kəndin adını soruşur. Vəzir cavab verir ki, Qibleyi-aləm, Oğrukənddir». Teymur qəzəblənib qoşuna buranı tərk eləmək əmri verir: «Buranın ağrısı da, əyrisi də, oğrusu da öz içindədi. Daha mənim buranı işğal eləməyimə ehtiyac yoxdur».
Quran oxumaqla və at çapmaqda keçən uşaqlıq
Teymurilər nəslinin banisi Amudərya və Sırdərya çaylarının arasındakı vadidə yerləşən Müvəraünnəhrdə, Keş şəhərində (müasir Şəhrisəbz) türkləşmiş monqol tayfasında anadan olub. Atası Tuqay Barlas bəylərindən idi.
Davamı →

Teymurləng

Deyirlər ki, Teymurləng döyüşlərin birində məğlub olur, qoşunu pərən-pərən düşür. Teymurləng özü də canını güclə qurtarıb, bir kolun dalında gizlənir. Bu vaxt onun gözü yarğana çıxmaq istəyən bir qarışqaya sataşır. Qarışqa apardığı dənlə yarğana çıxmağa çalışır və hər dəfə yolun müəyyən bir hissəsində sürüşüb aşağı düşür. Bir az sonra yenə çıxmağa başlayır, yenə də aşağı sürüşür və yenə təzədən çıxmağa çalışır. 69 dəfə sürüşüb düşəndən sonra qarışqa, nəhayət, 70-ci dəfədə yarğana dırmaşıb gedir. Teymurləng öz halından utanıb gizləndiyi yerdən çıxır və pərən-pərən düşən qoşununu toplayıb, yenidən hücuma keçir. Belə bir həmləni gözləməyən düşmən ağır məğlubiyyətə uğrayır və Teymur qələbə qazanır. Belə döyüşlərdən birində budundan yaralanan Teymur axsamağa başlayır və o vaxtdan Teymurləng adını alır.
Davamı →